Gürcüstan, Tbilisi, 29 yanvar /Trend, müxbir N. Kirtsxalia/
Gürcüstanın qərbində 60 mindən çox abonent işıqsız qalıb.
"Enerqo-Pro Georgia" şirkətindən bazar günü Trend-ə verilən məlumata görə, bərk qar yağması nəticəsində elektrik xətlərində yaranan zədələr elektrik enerjisinin təchizatının dayanmasına səbəb olub.
Ən çətin vəziyət Tsalenjixa rayonunda yaranıb. Burada qarın səviyyəsi 1 metrə çatdığından bərpa işlərinə mane olur.
Yollarda aparılan təmizləmə işlərinə baxmayaraq, təmir heyəti zədə dəyən yerləri tapa bilməyib.
"Enerqo-Pro Georgia" şirkəti günün sonuna qədər Gürcüstanın qərbində alternativ elektrik enerji təchizatını işə salmağa söz verir.