Gürcüstan, Tbilisi, 2 fevral /Trend, müxbir N.Kirsxaliya/
Tbilisidə güclü külək evlərin damını uçurub və 12 avtomobili zədələyib. Yerə düşən şifer və dəmir təbəqələr avtomobilləri əzib.
Tbilisi meriyasından cümə axşamı Trend-ə verilən məlumata görə, bir halda isə külək Tsereteli prospektindəki beşotaqlı evin damının bir hissəsini qopardıb. Onun qırıntıları həyətdə dayanan 8 avtomobilin üzərinə düşüb.
Daha 4 avtomobil Saburtalo rayonunda idman məktəbini yaşayış evindən ayıran divarın dağılması nəticəsində zədələnib.
Şəhər hakimiyyəti bəyan edir ki, binaların və yıxılan divarların bərpa edilməsi şəhər büdcəsi hesabına həyata keçiriləcək.
Qasırğalı külək, habelə bir neçə ağacı kökündən qopardıb.