...

Cəlilabadda yaşayış evində partlayış olub, xəsarət alanlar var

Hadisə Materials 4 Fevral 2012 09:34 (UTC +04:00)
Cəlilabadda yaşayış evində partlayış olub, iki nəfər xəsarət alıb.
Cəlilabadda yaşayış evində partlayış olub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 4 fevral / Trend müxbir K.Zərbalıyeva/

Cəlilabadda yaşayış evində partlayış olub, iki nəfər xəsarət alıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan ikiotaqlı fin tipli evdə otaqların birində partlayış baş verib.

Yanğın hadisəsi olmayıb. Nəticədə, otağın damı çöküb, qapı və pəncərəsi çərçivədən çıxıb, ev sahibi və bacısı yanıq xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya aparılıblar.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti