...

Bakıda iki evdə partlayış olub, xəsarət alanlar var

Hadisə Materials 6 Fevral 2012 13:03 (UTC +04:00)
Bakıda iki evdə partlayış olub, xəsarət alanlar var.
Bakıda iki evdə partlayış olub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 6 fevral / Trend müxbir K.Zərbalıyeva/

Bakıda iki evdə partlayış olub, xəsarət alanlar var.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 5-də Binəqədi rayonu ərazisindəki yeni tikilmiş evlərdən birində yaşayan Əhliman Qədirova məxsus evdə təbii qazın sızmasından partlayış baş verib.

Nəticədə evin konstruksiyalarına ziyan dəyib, yanıq xəsarətləri almış Qədirov, arvadı - Məlahət və qızı - Nəcibə isə xəstəxanaya yerləşdiriliblər.

Həmin gün Binəqədi rayonu ərazisində yaşayan Yaqub Mehdiyevə məxsus 2 mərtəbəli evin birinci mərtəbəsindəki mətbəxdə təbii qazın sızmasından partlayış baş verib.

Nəticədə mətbəxin konstruksiyalarına ziyan dəyib. Xəsarət almış Turanə Əlizadəyə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.

Xəbər lenti

Xəbər lenti