...

Azərbaycanda dünən yol qəzalarında 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Hadisə Materials 9 Fevral 2012 10:38 (UTC +04:00)
Dünən respublikada yol qəzalarında 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Azərbaycanda dünən yol qəzalarında 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 9 fevral / Trend müxbir K.Zərbalıyeva/

Dünən respublikada yol qəzalarında 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, fevralın 8-də ölkədə 4 yol qəzası qeydə alınıb. Masallıda aşma nəticəsində 1 nəfər ölüb, Bərdədə maneəyə vurma nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb, Yevlaxda toqquşma nəticəsində 2 nəfər xəsarət alıb, Saatlıda isə toqquşma nəticəsində 1 nəfər yaralanıb.

Ötən gün Bakıda ölüm və xəsarətlə nəticələnən yol qəzası qeydə alınmayıb.

İdarə şaxtalı havalarda nəqliyyat vasitələrini idarəetmə təcrübəsi olmayan sürücülərə şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələrini tövsiyə edir.

Qarlı-buzlu yollarda zənciri, mövsümi qış təkərləri və hər iki oxu aparıcı olan avtomobillərin hərəkətini məsləhət görür.

Qeyd edək ki, fevralın 7-dən Azərbaycan ərazisində havanın temperaturu kəskin düşüb. Bakıda çovğun başlayıb və havanın temperaturu səhər saatlarında mənfi 9-10 dərəcə olub.
Azərbaycanın əksər rayonlarında qarlı və şaxtalı hava şəraiti hökm sürür. Qeyri-sabit hava şəraiti fevralın 10-na kimi davam edəcək.

Xəbər lenti

Xəbər lenti