...

Xəzərdə balıq ovuna çıxmış balıqçı xilas olunub

Hadisə Materials 9 Fevral 2012 12:29 (UTC +04:00)
Xəzərdə balıq ovuna çıxmış balıqçı xilas olunub.
Xəzərdə balıq ovuna çıxmış balıqçı xilas olunub

Azərbaycan, Bakı, 9 fevral / Trend müxbir K.Zərbalıyeva/

Xəzərdə balıq ovuna çıxmış balıqçı xilas olunub.

Trend-n Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonu ərazisindən rezin qayıqda ova çıxmış 1 nəfərin hava şəraiti ilə əlaqədar geriyə qayıda bilməməsi və dənizdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Görülmüş tədbirlər nəticəsində sahildən təxminən 100-150 m aralıda (ən yaxın xilasetmə məntəqəsindən 6 km aralı) qayıqda aşkarlanmış vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas olunub və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti