...

Gəncədə iki avtomobil toqquşub, bir nəfər ölüb

Hadisə Materials 11 Fevral 2012 13:10 (UTC +04:00)
Gəncə şəhərində Gəncə-Qazax yolunun 5-ci kilometrliyində "Toyota" markalı minik avtomobili və "Mercedes Benz" markalı yük avtomobili toqquşub.
Gəncədə iki avtomobil toqquşub, bir nəfər ölüb

Azərbaycan, bakı, 11 fevral /Trend/

Gəncə şəhərində Gəncə-Qazax yolunun 5-ci kilometrliyində "Toyota" markalı minik avtomobili və "Mercedes Benz" markalı yük avtomobili toqquşub.

Trend-in şənbə günü FHN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, nəticədə minik avtomobilinin sürücüsü - 1980-ci il təvəllüdlü İbad İkram oğlu Süleymanov hadisə yerində ölüb, 1 nəfər sərnişini xəsarət alıb.

Yaralı xilasedicilər çatana kimi vətəndaşların köməyi ilə avtomobildən çıxarılıb. Hadisə yerinə gəlmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə Süleymanovun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti