...

Kürdəmirdə avtomobil aşaraq kanala düşüb, ölən var

Hadisə Materials 20 Fevral 2012 10:24 (UTC +04:00)
Kürdəmirdə avtomobil aşıb və kanala düşüb.
Kürdəmirdə avtomobil aşaraq kanala düşüb, ölən var

Azərbaycan, Bakı, 20 fevral / Trend müxbir K.Zərbalıyeva/

Kürdəmirdə avtomobil aşıb və kanala düşüb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, ötən gün Kürdəmir rayonu, Çəyirli kəndi ərazisində "Hyundai Sonata" markalı avtomobil aşıb və sonra yaxınlıqdakı kanala düşüb.

Avtomobilin sürücüsü sudan çıxarılsa da, xəstəxanaya aparılarkən daxili qanaxmadan yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti