Azərbaycan, Bakı, 20 fevral / Trend müxbir K.Zərbalıyeva/
Bakıda ticarət mərkəzində içərisində 32 min dollarlıq əmlak olan seyf oğurlayan şəxslər tutulub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 3-də "Life Centre" ticarət mərkəzində Bakı şəhər sakini İsgəndər Məcidova məxsus mağazadan içərisində 32.000 dollar pul, brilyant və qızıl-zinət əşyaları olan seyfi oğurlanıb.
Baş Cinayət-Axtarış İdarəsi, Bakı Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakinləri Məlik Məlikov, Səbuhi Məmmədov və Vasif İsmayılov tutulublar.
Bakıda ticarət mərkəzində içərisində 32 min dollarlıq əmlak olan seyf oğurlayan şəxslər tutulub
Bakıda ticarət mərkəzində içərisində 32 min dollarlıq əmlak olan seyf oğurlayan şəxslər tutulub.
