...

Qazaxda qətl hadisəsi törədən Ukrayna vətəndaşı saxlanılıb

Hadisə Materials 6 Mart 2012 12:38 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 5-də Qazax şəhərində Rövşən Dilbaziyə məxsus kafedə, rayon sakinləri Fariz Osmanov ov tüfəngindən açılmış atəşdən qətlə yetirilib, Tural Nəsibova isə küt alətlə xəsarət yetirilib.
Qazaxda qətl hadisəsi törədən Ukrayna vətəndaşı saxlanılıb

Azərbaycan, Bakı, 6 mart / Trend müxbir K.Zərbalıyeva/

Qazaxda qətl hadisəsi törədən Ukrayna vətəndaşı saxlanılıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 5-də Qazax şəhərində Rövşən Dilbaziyə məxsus kafedə, rayon sakinləri Fariz Osmanov ov tüfəngindən açılmış atəşdən qətlə yetirilib, Tural Nəsibova isə küt alətlə xəsarət yetirilib.

Hadisə yerindən müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi götürülüb. Hadisənin törədilməsində şübhəli bilinən Ukrayna vətəndaşı sərxoş halda olan Anastasiya Svyatodux və Rövşən Dilbazi Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışlar.
Xatırladaq ki, Osmanov və Nəsibov kafedə olan ukraynalı bir xanıma sataşıblar..

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti