...

Özünü vəzifəli şəxs kimi təqdim edən Bakı sakini ifşa olunub

Hadisə Materials 6 Mart 2012 18:47 (UTC +04:00)
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşların pulunu mənimsəyən Bakı şəhər sakini Orxan Axundov ifşa edilib.
Özünü vəzifəli şəxs kimi təqdim edən Bakı sakini ifşa olunub

Azərbaycan, Bakı, 6 mart /Trend/

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşların pulunu mənimsəyən Bakı şəhər sakini Orxan Axundov ifşa edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Orxan Axundovun qanunsuz hərəkətləri barədə idarəyə daxil olmuş müraciət üzrə aparılan araşdırmalarla müəyyən edilib ki, özünü Bakı şəhər prokurorluğunun müstəntiqi kimi təqdim edən Axundov etibardan sui-istifadə etmə yolu ilə 2011-ci ilin payız aylarında sürücülük vəsiqəsi düzəldəcəyi adı ilə Bakı şəhər sakinləri Lalə Məmmədovanın 400, Mehriban Ağayevanın isə 300 manat pulunu ələ keçirib.

Bundan başqa, Axundov Rəşad Cabbarlını Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul etdirəcəyi adı ilə onun atası Əli Cabbarovdan əvvəlcədən razılaşdıqları 25 min manat pulun qabaqcadan 6 min manatını sonuncunun etibarını qazanmaq məqsədilə öz təşəbbüsü ilə notariat qaydasında borc müqaviləsi kimi rəsmiləşdirməklə alıb. Daha sonra eyni məqsədlə 300 manat pulunu da alaraq, cəmi 6 300 manat məbləğində özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirməklə dələduzluq edib.

Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti