Azərbaycan, Bakı, 9 mart / Trend müxbir K.Zərbalıyeva/
Abşeronda 41 yaşlı kişi odlu silahla qətlə yetirilib.
Abşeron rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, martın 8-dən 9-na keçən gecə rayonun Qobu qəsəbəsində yaşayan 41 yaşlı Dadaş Dadaşov yaşadığı evin həyətində naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilib.
Hadisənin təfərrüatları və kim tərəfindən törədildiyi məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.