...

Azərbaycanda iki nəfər bədbəxt hadisə zamanı dünyasını dəyişib

Hadisə Materials 9 Mart 2012 12:44 (UTC +04:00)
Azərbaycanda iki nəfər bədbəxt hadisə zamanı dünyasını dəyişib.
Azərbaycanda iki nəfər bədbəxt hadisə zamanı dünyasını dəyişib

Azərbaycan, Bakı, 9 mart / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda iki nəfər bədbəxt hadisə zamanı dünyasını dəyişib.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Goranboy rayonunun Ağamalıoğlu kənd sakini Gülşən Qasımova evində qaz sobasını neftlə yandıran zaman ehtiyatsızlığı nəticəsində yanıq xəsarəti alıb.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş Qasımova martın 8-də orada ölüb.

Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan Məmmədağa Əsgərov yaşadığı evin damını təmir edərkən oradan yıxılıb.

Əsgərov xəstəxanada dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti