...

Tərtərdə "Mercedes" aşıb, ölən və xəsarət alan var

Hadisə Materials 12 Mart 2012 09:19 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanıb.

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir K.Zərbalıyeva/

Tərtərdə "Mercedes" markalı avtomobil aşıb, ölən və xəsarət alan var.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Tərtər-Bərdə yolunun 6-cı kilometrliyində, Tərtər rayonu ərazisində "Mercedes" markalı minik avtomobili aşıb. Qəza zamanı 44 yaşlı kişi ölüb, 59 yaşlı kişi ağır bədən xəsarəti alıb.

İlkin məlumata görə, qəzaya avtomobilin yüksək sürətlə idarə olunması səbəb olub.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti