Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir A.Tağıyeva/
Suriyada itkin düşmüş iki türk jurnalist sağ tapılıblar. Bu barədə cümə axşamı Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
Agentliyin məlumatına görə, jurnalistlər Adəm Özköse və Həmid Coşqun Suriya kəşfiyyatına təhvil veriliblər. Agentlik Coşqunun yaralı olduğunu da təsdiqləyib.
Son beş gün ərzində ölkədə baş verən hadisələri işıqlandırmaq üçün Suriyanın İdlib şəhərinə göndərilən türk jurnalistlərdən heç bir xəbər yox idi.