...

Piyadaların ölümü ilə nəticələnən yol qəzaları baş verib

Hadisə Materials 22 Mart 2012 13:27 (UTC +04:00)
Bakıda və Zaqatalada piyadaların ölümü ilə nəticələnən yol qəzaları baş verib.
Piyadaların ölümü ilə nəticələnən yol qəzaları baş verib

Azərbaycan, Bakı, 22 mart /Trend/

Bakıda və Zaqatalada piyadaların ölümü ilə nəticələnən yol qəzaları baş verib.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, martın 21-də saat 19:00 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakini Elmar Muradov "Volvo" markalı avtomaşını idarə edərkən şəhər sakini Bəxtiyar Bəşirovu vurub.

Martın 20-də saat 21:30 radələrində Zaqatala şəhəri ərazisində şəhər sakini Nazim İsayev "ZAZ-110307" markalı avtomaşını idarə edərkən yolu keçən Yuxarı Çardaqlar kənd sakini Kamal Şabanovu vurub.

Hər iki hadisə nəticəsində piyadalar hadisə yerində ölüb.

Xəbər lenti

Xəbər lenti