Azərbaycan, Bakı, 23 mart /Trend/
Ağstafa rayonunda piyadaların ölümü və xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, martın 22-də saat 16:30 radələrində Ağstafa rayonunun Xətai kəndində Aşağı Kəsəmən kənd sakini Qurban Qurbanov idarə etdiyi "QAZ-24" markalı avtomaşınla Yenigün kənd sakini İlkin Məmmədovu vurub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Məmmədov orada ölüb.
Martın 22-də saat 11:15 radələrində Ağstafa rayonunun S.Vurğun qəsəbəsində müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini Vasif Eyyubov vurulub. Nəticədə xəsarət almış Eyyubov xəstəxanaya yerləşdirilib.
Hər iki hadisə ilə bağlı Ağstafa RPŞ tərəfindən araşdırma və əməliyyat-axtarış tədbirləri aparılır.