Azərbaycan, Bakı, 23 mart /Trend/
Ağcabədi rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, martın 22-də saat 20:00 radələrində Ağcabədi rayonunun Bilağanlı kəndində kənd sakini Nahid Hüseynov idarə etdiyi "Ford-Tranzit" markalı avtomaşınla Xocavənd kənd sakini Emin Məmmədovu vurub.
Nəticədə Məmmədov hadisə yerində ölüb.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.