...

Azərbaycanda yaşayış evində yanğın olub, üç azyaşlı uşaq ölüb

Hadisə Materials 28 Mart 2012 12:13 (UTC +04:00)
Azərbaycanda yaşayış evində yanğın olub, üçü azyaşlı uşaq olmaqla 4 nəfər yanıb, 2 nəfər xəsarət alıb.
Azərbaycanda yaşayış evində yanğın olub, üç azyaşlı uşaq ölüb

Azərbaycan, Bakı, 28 mart / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda yaşayış evində yanğın olub, üçü azyaşlı uşaq olmaqla 4 nəfər yanıb, 2 nəfər xəsarət alıb.

Trend-in Daxili İşər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlimata görə, martın 28-də saat 04:15 radələrində Sabirabad rayonunun Qaraqaşlı kəndində kənd sakini Abdulkərim Murtuzayevə məxsus evdə yanğın baş verib.

Nəticədə bütövlükdə evin yanar konstruksiyaları yanıb, yanğın söndürüldükdən sonra ev sahibinin oğlu - Valehin və 3 azyaşlı nəvələrinin yanmış meyitləri tapılıb.

Murtuzayev və gəlini Emiliya isə yanıq xəsarətləri alıblar.

Xəbər lenti

Xəbər lenti