...

Moskva bazarındakı yanğının qurbanları arasında Azərbaycan vətəndaşları yoxdur - FHN

Hadisə Materials 3 Aprel 2012 10:18 (UTC +04:00)
Moskvadakı Kaçalov bazarındakı yanğının qurbanları arasında Azərbaycan vətəndaşları yoxdur. Bu barədə çərşənbə axşamı Trend-ə Moskva Fövqəladə Hallar İdarəsindən məlumat verilib.
Moskva bazarındakı yanğının qurbanları arasında Azərbaycan vətəndaşları yoxdur - FHN

Azərbaycan, Bakı, 3 aprel / Trend, müxbir S.Ağayeva /

Moskvadakı Kaçalov bazarındakı yanğının qurbanları arasında Azərbaycan vətəndaşları yoxdur. Bu barədə çərşənbə axşamı Trend-ə Moskva Fövqəladə Hallar İdarəsindən məlumat verilib.

"Həlak olan 12 nəfərin hamısı Tacikistan vətəndaşlarıdır", - İdarədən deyilib.

Çərşənbə axşamı səhər Moskva bazarında baş vermiş yanğının qurbanlarının sayı 12 nəfərədək artıb. Xəbəri RİA Novosti yayıb.

Yanğın səhər saat 04:50-yə yaxın Varşava şossesi, 166 ünvanda yerləşən Kaçalov bazarında baş verib. Alov anqarda yaranıb, daha sonra ona bitişik yaşayış tikilisinə keçib.

"Saat 07:00-a olan vəziyyətə görə, həlak olan 12 nəfərin cəsədi aşkarlanıb", - agentliyin müsahibi bildirib.

Bundan əvvəl 9 nəfərin öldüyü bildirilmişdi.

Yanğın 2 saat ərzində söndürülüb. Onun sahəsi 50 kvadrat metri əhatə edib. Hadisə yerində səkkiz yanğınsöndürmə briqadası çalışır.

Xəbər lenti

Xəbər lenti