...

Bakıda həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 4 Aprel 2012 09:30 (UTC +04:00)
Fakt üzrə araşdırma aparılır.
Bakıda həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 4 aprel / Trend müxbir K.Zərbalıyeva/

Bakıda həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən 1979-cu il təvəllüdlü, məhkum Əbilov Ceyhun Malik oğlunun yanına dostu vətəndaş Bağırov Sənan Ədalət oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman kağız qutunun içərisindəki xurmalar yoxlanılarkən ümumi çəkisi 0,458 qram heroin və 5,527qram olan tiryək aşkar edilərək götürülüb.

Əbilov Cinayət Məcəlləsinin quldurluq (181.2.1-ci) maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti