...

Türkiyədə təmir olunan gəmidə partlayış baş verib

Hadisə Materials 5 Aprel 2012 16:31 (UTC +04:00)
Türkiyədə gəmiqayırma zavodunda təmir olunan Norveç gəmisində partlayış baş verib.
Türkiyədə təmir olunan gəmidə partlayış baş verib

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə gəmiqayırma zavodunda təmir olunan Norveç gəmisində partlayış baş verib. Bu barədə Trend "Zaman" qəzetinə istinadən məlumat verir.

Partlayış nəticəsində iki fəhlə həlak olub, iki nəfər yaralanıb.

Partlayışın səbəbi hələ ki müəyyən edilməyib.

Xəbər lenti

Xəbər lenti