...

Gəncədəki silahlı insident zamanı 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 6 Aprel 2012 12:30 (UTC +04:00)
Bu gün səhər saatlarında Gəncədə Nizami rayonu Mahrasa bağı adlanan ərazidə silahlı qruplaşmalarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında silahlı insident baş verib.
Gəncədəki silahlı insident zamanı 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB)

Ölən və xəsarət alanlar barədə məlumat əlavə olunub. İlk xəbər saat 11:16-da yayılıb.

Azərbaycan, Bakı, 6 aprel / Trend müxbir K.Zərbalıyeva/

Bu gün səhər saatlarında Gəncədə Nizami rayonu Mahrasa bağı adlanan ərazidə silahlı qruplaşmalarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında silahlı insident baş verib.

Gəncə Şəhər Baş Polis İdarəsindən cümə günü Trend-ə bildiriblər ki, silahlı insident qanunsuz silahlı qruplaşmanın zərərsizləşdirilməsi zamanı baş verib. İnsident zamanı hər iki tərəfdən ölənlər və xəsarət alanlar var.

Bildirilib ki, hazırda şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

İdarədən insidentlə bağlı ətraflı məlumat verilməyib.

Gəncə şəhər hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə verilən məlumata görə, hadisə zamanı 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub, 3-ü ağır xəsarət alıb.

Qanunsuz silahlı birləşmənin 1 üzvü həlak olub, 2-si xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti