Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Xəzərdə batmış balıqçı tapılıb.
Trend-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, aprelin 6-da Bakı şəhəri, Xəzər rayonunda 1989-cu il təvəllüdlü Ricat Ağalar oğlu Əliyev balıq tutmaq məqsədi ilə qayıqda dənizə çıxmış və batıb.
Aparılmış axtarış-xilasetmə əməliyyatı nəticəsində aprelin 9-da Əliyevin cəsədi batdığı ərazidən, təxminən, 500 metr aralıda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 10:44-də başa çatıb.
Xəzərdə batmış balıqçı tapılıb
Trend-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, aprelin 6-da Bakı şəhəri, Xəzər rayonunda 1989-cu il təvəllüdlü Ricat Ağalar oğlu Əliyev balıq tutmaq məqsədi ilə qayıqda dənizə çıxmış və batıb
