...

İmişlidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Hadisə Materials 17 Aprel 2012 09:23 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, İmişli-Saatlı yolunun 13-cü kilometrliyində iki "Mercedes" markalı minik avtomobili toqquşub.
İmişlidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 17 aprel / Trend müxbir K.Zərbalıyeva/

İmişlidə iki avtomobil toqquşub, xəsarət alanlar var.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, İmişli-Saatlı yolunun 13-cü kilometrliyində iki "Mercedes" markalı minik avtomobili toqquşub. Qəzada 3 nəfər xəsarət alıb.

Sumqayıt şəhəri, Nərimanov küçəsində isə "Mercedes"lə "İsuzu" markalı avtomobillər toqquşub, hər iki sürücü yaralanıb.

Bakının Xəzər rayonunda naməlum avtomobil yolu keçən piyadanı vurub və hadisə yerindən qaçıb.

Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.Qəzanı törədən sürücü axtarılır.

İdarədən bildirilib ki, ötən gün respublikada 13 yol qəzası qeydə alınıb. Qəzalarda 2 nəfər dünyasını dəyişib, 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəbər lenti

Xəbər lenti