...

Bakı və Gəncədə silah-sursat aşkarlanıb

Hadisə Materials 17 Aprel 2012 13:08 (UTC +04:00)
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının apardıqları əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami rayonu ərazisində kirayədə yaşayanlar Muraz Rəhimov və Samir Rzayev şübhəli şəxs qismində polisə gətiriliblər
Bakı və Gəncədə silah-sursat aşkarlanıb

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının apardıqları əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami rayonu ərazisində kirayədə yaşayanlar Muraz Rəhimov və Samir Rzayev şübhəli şəxs qismində polisə gətiriliblər.

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Rəhimovdan 1 ədəd qumbara alışdırıcısı, Rzayevdən isə 1 ədəd qumbara aşkar edilərək götürülüb.

Rəhimovun Gəncə şəhərindəki evinə baxış zamanı, oradan atası Saray Rəhimova məxsus 2 ədəd qumbara, 1 ədəd alışdırıcı, 100 qram barıt, 1 ədəd mərmi, 603 ədəd müxtəlif çaplı patron, 1 ədəd xəncər, 1 ədəd ov bıçağı, 1 ədəd "TOZ-8" tüfəngi, 1 ədəd ov tüfəngi, 1 ədəd tir tüfəngi, 2 ədəd patron darağı, 1 ədəd kaska, 1 ədəd maska və zəhərli maye aşkar edilərək götürülmüşdür.

Xəbər lenti

Xəbər lenti