Azərbaycan, Bakı, 21 aprel / Trend müxbir K.Zərbalıyeva/
Sumqayıtda iki uşaq anası intihar etdi.
Sumqayıt şəhər prokuroluğundan Trend-ə verilən məlumata görə, Qurddərəsi bağlar massivində valideynlərə məxsus bağ evində 1986-cı il təvəllüdlü, iki azyaşlı uşaq anası Lalə Fərəcova yaşadığı evin tavanından özünü asıb.
Neftçalada isə 30 yaşlı kişi intihar edib.
Neftçala rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Qaravəlli kənd sakini 1982-ci il təvəllüdlü Eyvaz Aslanov yaşadığı evin həyətindəki tikilidən özünü asaraq intihar edib.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.