...

Bakıda sərnişin avtobusu aşıb, xəsarət alanlar var (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 28 Aprel 2012 13:03 (UTC +04:00)
Bakı-Quba magistral yolunun Biləcəri qəsəbəsinə gedən hissəsində sərnişin avtobus aşıb. Şahidlərin Trend-ə verdiyi məlumata görə, avtobusda sərnişinlər olub.
Bakıda sərnişin avtobusu aşıb, xəsarət alanlar var (ƏLAVƏ OLUNUB)

Yol qəzasında xəsarət alanlar barədə məlumat əlavə olunub (İlk xəbər 12:36-da yayılıb)

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakı-Quba magistral yolunun Biləcəri qəsəbəsinə gedən hissəsində sərnişin avtobus aşıb. Şahidlərin Trend-ə verdiyi məlumata görə, avtobusda sərnişinlər olub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Şahidlərin dediyinə görə, qəzaya uğrayan 93 nömrəli marşrut avtobusudur.

Dəmiryol Xəstəxanasından Trend-ə verilən məlumata görə, qəzada xəsarət alan 3 nəfər xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib.

Bir yaralının isə başqa bir xəstəxanaya aparıldığı bildirilib.

Xəbər lenti

Xəbər lenti