Azərbaycan, Bakı, 30 aprel / Trend müxbir K.Zərbalıyeva/
Bakıda ər 36 yaşlı arvadını qətlə yetirib.
Suraxanı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aprelin 28-dən 29-na keçən gecə, saat 02:00 radələrində Qaraçuxur qəsəbəsi, Mehbalıyev küçəsində 30 saylı evin qarşısında 1976-cı il təvəllüdlü Vəfa Hüseynova həyat yoldaşı Adıgözəl İsmayılov tərəfindən bıçaqlanıb.
Hüseynova aldığı xəsarətdən hadisə yerində keçinib.
İsmayılov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120-1-ci) maddəsi ilə cinayət işi başlanıb.
Bakıda 36 yaşlı qadın əri tərəfindən qətlə yetirilib