Azərbaycan, Bakı, 30 aprel / Trend müxbir K.Zərbalıyeva/
Bakıda 7 yaşlı oğlan uşaq bağçasında bədbəxt hadisə nəticəsində ölüb.
Xətai rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, 250 saylı uşaq bağçasında gözətçi işləyən babasının yanına gələn Abduləzim Xanlar Mübariz oğlunun başına dəhlizə söykənmiş qapı aşıb.
Nəticədə uşaq aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.