Azərbaycan, Bakı, 1 may / Trend müxbir K.Zərbalıyeva/
Bakının Xətai rayonunda 2, Lənkəranda 3 nəfər yol qəzasında xəsarət alıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, aprelin 30-da ölkə ərazisində 6 yol qəzası qeydə alınıb, 1 nəfər ölüb, 8 nəfər yaralanıb.
Bakı-Quba yolunun 9,5-ci kilometrliyində "VAZ 21011" maneəyə çırpılıb və qəzada bir nəfər dünyasını dəyişib.
Bakının Xətai rayonu ərazisində, Nobel prospektində "Mercedes" markalı minik avtomobili maneəyə dəyib, qəzada 2 nəfər xəsarət alıb.
Ələt-Astara yolunun 203-cü kilometrliyində, Lənkəran rayonu ərazisində "VAZ 2121" ilə "BMW" toqquşub. Qəzada 3 nəfər yaralanıb.
Bütün faktlarla bağlı cinayət işi başlanıb.
Bakıda və Lənkəranda 5 nəfər yol qəzalarında xəsarət alıb
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, aprelin 30-da ölkə ərazisində 6 yol qəzası qeydə alınıb, 1 nəfər ölüb, 8 nəfər yaralanıb.
