Azərbaycan, Bakı, 1 may / Trend müxbir K.Zərbalıyeva/
Qusarda 22 yaşlı gənc intihar edib.
Qusar rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, rayonun Nəcəfkənd kənd sakini, 1990-cı il təvəllüdlü Zülfüqar Ziyadov yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar edib.
Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.