Azərbaycan, Bakı, 1 may / Trend müxbir K.Zərbalıyeva/
Bakıda Heydər Əliyev adına neft emalı zavodunda yanğın olub.
Nizami rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, dünən saat 21:45-də zavodun 4-cü istehsalat sexində 43-cü qurğuda kimyəvi maddə borusunun yanında 50 kvadrat metr ərazi yanıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb, yanğının ətrafa yayılmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının məlumatına əsasən, Bakı şəhəri, Nizami rayonunda Heydər Əliyev adına Bakı NEZ-in 4 saylı istehsalat sexində 43 saylı qurğunun koks istehsalı üzrə "R-301" reaktor bölməsinin (4 kameradan ibarət) 2-ci mərtəbəsində 3-cü kameranın alt hissəsində qudron 30 kv.m sahədə və ona bitişik ümumi sahəsi 1600 kv.m olan koks anbarında 200 kv.m sahədə koks yanıb. Qurğu və anbarın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.