...

Azərbaycanın cənubunda 77 əcnəbi vətəndaş saxlanılıb

Hadisə Materials 3 May 2012 14:17 (UTC +04:00)
Azərbaycanın cənubunda qanunsuz yaşayan və əmək fəaliyyəti ilə məşğul olan 77 əcnəbi vətəndaş saxlanılıb.
Azərbaycanın cənubunda 77 əcnəbi vətəndaş saxlanılıb

Azərbaycan, Bakı, 3 may / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanın cənubunda qanunsuz yaşayan və əmək fəaliyyəti ilə məşğul olan 77 əcnəbi vətəndaş saxlanılıb.

Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, ötən həftə ərzində respublikanın Masallı, Lerik və Lənkəran rayonlarında bu məqsədlə yoxlamalar aparılıb.

Azərbaycan qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində qanunsuz yaşayan və əmək fəaliyyəti ilə məşğul olan 77 əcnəbi vətəndaş saxlanılıb və barələrində Azərbaycanın inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti