...

İranda baş vermiş zəlzələdə yaralananların sayı 18 nəfərə çatıb

Hadisə Materials 4 May 2012 11:07 (UTC +04:00)
İranın İlam əyalətinin Mormori və Abadanan şəhərində baş vermiş zəlzələ nəticəsində 18 nəfər yaralanıb.
İranda baş vermiş zəlzələdə yaralananların sayı 18 nəfərə çatıb

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir T.Cəfərov/

İranın İlam əyalətinin Mormori və Abdanan şəhərində baş vermiş zəlzələ nəticəsində 18 nəfər yaralanıb. Bunu Abdanan şəhərinin icra başçısı Fəzlullah Nüsrəti deyib. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews məlumat verir.

Nüsrəti bildirib ki, baş vermiş zəlzələ nəticəsində 30-dan çox ev dağılıb və Mormori şəhəri ətrafındakı kəndlərdəki evlərin 70 faizinə ziyan dəyib.

Dünən İran-İraq sərhədində yerləşən İlam əyalətinin Mormori və Abdanan şəhərlərində yerli vaxtla saat 14:39-da 5,5 bal gücündə zəlzələ baş verib.

Məlumata əsasən, həmçinin zəlzələ nəticəsində Mormori şəhərində elektrik və rabitə xətləri sıradan çıxıb. Mormori və Abdananda, eləcə də qonşu şəhərlərdə bütün xilacedici qüvvələr hazırlıq vəziyyətinə gətirilib və xilasetmə işlərini ətraf kəndlərdə davam etdirirlər.

Xəbər lenti

Xəbər lenti