...

Tehranda mebel bazarında güclü yanğın baş verib

Hadisə Materials 10 May 2012 15:30 (UTC +04:00)
Bu gün günorta yerli vaxtla saat 13:30 radələrində Tehranın "Baftabad" mebel bazarında güclü yanğın baş verib.
Tehranda mebel bazarında güclü yanğın baş verib

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir T.Cəfərov/

Bu gün günorta yerli vaxtla saat 13:30 radələrində Tehranın "Baftabad" mebel bazarında güclü yanğın baş verib. Bu barədə Trend ISNA xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, yanğın o qədər güclüdür ki, alovu bir neçə kilometrdən görmək mümkündir.

Yanğını söndürmək üçün Tehran şəhərindən 4-5 yanğınsöndürmə briqadası hadisə yerinə gəlib.

Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti