...

Bakıda minik avtomobili dərəyə aşıb

Hadisə Materials 12 May 2012 12:24 (UTC +04:00)
Bakıda minik avtomobili dərəyə yuvarlanıb
Bakıda minik avtomobili dərəyə aşıb

Azərbaycan, Bakı, 12 may / Trend müxbir İ.İsabalayeva/

Bakıda minik avtomobili dərəyə yuvarlanıb.

Trend şənbə günü Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakının Suraxanı rayonunda "VAZ" markalı minik avtomobili dərəyə yuvarlanıb.

Nəticədə sürücü xəsarət alıb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıblar.

Əməliyyat saat 09:40-da başa çatıb.

Xəbər lenti

Xəbər lenti