...

Bakıda avtomobillərdən oğurluq edən dəstə zərərsizləşdirilib

Hadisə Materials 14 May 2012 10:33 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, mayın 2-də Azadlıq prospektində Şahmar Əsgərova məxsus «BMW» markalı avtomobildən şüşəni sındırma yolu ilə noutbuk, mayın 7-də Q.Quliyev küçəsində Asif Əmirsultanova məxsus «Mersedes» markalı avtomobildən şüşəni sındırma yolu ilə noutbuk, mayın 10-da Zərdabi küçəsində Sadıx Xəlilova məxsus «Mersedes» markalı avtomobildən şüuşəni sındırma yolu ilə 1080 manat, mobil telefon, geyim əşyaları və mayın 11-də S.Vurğun küçəsində Ramin Məmmədova məxsus «Lexus» markalı avtomobildən şüşəni sındırma yolu ilə içərisində idman geyimi, sənəd və noutbuk olan çan
Bakıda avtomobillərdən oğurluq edən dəstə zərərsizləşdirilib

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir M.Əliyev/

Bakıda avtomobillərdən oğurluq edən dəstə zərərsizləşdirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, mayın 2-də Azadlıq prospektində Şahmar Əsgərova məxsus "BMW" markalı avtomobildən şüşəni sındırma yolu ilə noutbuk, mayın 7-də Q.Quliyev küçəsində Asif Əmirsultanova məxsus "Mersedes" markalı avtomobildən şüşəni sındırma yolu ilə noutbuk, mayın 10-da Zərdabi küçəsində Sadıx Xəlilova məxsus "Mersedes" markalı avtomobildən şüuşəni sındırma yolu ilə 1080 manat, mobil telefon, geyim əşyaları və mayın 11-də S.Vurğun küçəsində Ramin Məmmədova məxsus "Lexus" markalı avtomobildən şüşəni sındırma yolu ilə içərisində idman geyimi, sənəd və noutbuk olan çanta oğurlanıb.

Məlumata görə, Nəsimi RPİ CAŞ və 20-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Bakı şəhər sakinləri Fuad Məmmədov, Fehruz Qarayev və AR CM-in 177-ci maddəsi ilə axtarışda olan Nicat Çobanov mayın 13-də tutulub.

Xəbər lenti

Xəbər lenti