...

Suriyanın Deyr Zur şəhərində güclü partlayış baş verib

Hadisə Materials 19 May 2012 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir A.Tağıyeva/

Şənbə günü səhər Suriyanın Deyr Zur şəhərində güclü partlayış baş verib. Bu barədə Trend "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.

Suriya kəşfiyyatının mənzil-qərargahı yaxınlığında dayanan maşın partlayıb. İlkin məlumatlara görə, partlayış nəticəsində bir neçə nəfər ağır xəsarət alıb.

Həlak olanlar barədə məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti