...

Bakıda hotel işçisi Rusiya vətəndaşına məxsus seyfi oğurlayıb

Hadisə Materials 23 May 2012 12:10 (UTC +04:00)
Rusiya vətəndaşına məxsus seyfi oğurlayan şəxs tutulub.
Bakıda hotel işçisi Rusiya vətəndaşına məxsus seyfi oğurlayıb

Azərbaycan, Bakı, 23 may / Trend müxbir K.Zərbalıyeva/

Rusiya vətəndaşına məxsus seyfi oğurlayan şəxs tutulub.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 22-də "Kempinski" hotelində qalan Rusiya Federasiyası vətəndaşı Ruslan Vlasova məxsus içərisində 250 manat pul, xidməti vəsiqə və pasport olan seyfi oğurlanıb.

Baş Cinayət-Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu hotelin işçisi Bakı şəhər sakini Nicat Paşazadənin etdiyi məlum olub və o, tutulub.

Xəbər lenti

Xəbər lenti