Azərbaycan, Bakı, 25 may /Trend, müxbir K.Zərbalıyeva/
Qazaxda Milli Təhlükəsizlik Nazirliyi tərəfindən axtarışda olan şəxs zərərsizləşdirilib.
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ağır cinayət hadisəsində iştirakına görə MTN tərəfindən axtarışda olan Bakı şəhər sakini, Samir Sanıyev mayın 24-də, saat 07.30 radələrində Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində tutulmuşdur.
Sanıyev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib və tapançadan atəş açaraq polis serjantı Elşən Səttarovu yaralayıb. Sanıyev dərhal tərksilah edilib, ondan "Steçkin" markalı tapança, 19 patron və hər birində 20 patron olan iki daraq götürülüb.
Qazaxda MTN tərəfindən axtarışda olan şəxs zərərsizləşdirilib
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ağır cinayət hadisəsində iştirakına görə MTN tərəfindən axtarışda olan Bakı şəhər sakini, Samir Sanıyev mayın 24-də, saat 07.30 radələrində Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində tutulmuşdur
