...

Bakının Xəzər rayonunda şübhəli əşyanın olması barədə məlumat təsdiqini tapmayıb

Hadisə Materials 27 May 2012 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /Trend/

Bakının Xəzər rayonu ərazisində şübhəli əşyanın olması barədə məlumat təsdiqini tapmayıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xəzər rayonu ərazisində şübhəli əşyanın olması barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər.

Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb və şübhə yaradan qutuya baxış keçiriblər. Qutunun içərisindəki əşyanın təhlükə daşımadığı müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti