Azərbaycan, Bakı, 27 may /Trend/
Ağcabədidə VAZ markalı minik avtomobili kanala düşüb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonunda "VAZ" markalı minik avtomobili kanala düşüb və nəticədə sürücü 1981-ci il təvəllüdlü Quliyev Rəşad İdris oğlu batıb.
Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri Quliyevin cəsədini 4 metr dərinlikdən taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.