...

Mingəçevirdə kanalda batan yeniyətmənin meyiti tapılıb

Hadisə Materials 31 May 2012 21:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir K.Zərbalıyeva/

Mingəçevirdə kanalda batan yeniyətmənin meyiti tapılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Fərid Mürsəl oğlu Sadıqov Mingəçevir şəhəri ərazisində Yuxarı Qarabağ kanalında (Mingəçevir sularda xilasetmə məntəqəsindən 15 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

Qeyd olunan şəxsin cəsədi batdığı ərazidən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti