...

Gəncədə 4 avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Hadisə Materials 4 İyun 2012 10:47 (UTC +04:00)
Gəncədə ağır yol qəzası olub, ölən və xəsarət alanlar var.
Gəncədə 4 avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Azərbaycan, Bakı, 4 iyun / Trend müxbir K.Zərbalıyeva/

Gəncədə ağır yol qəzası olub, ölən və xəsarət alanlar var.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Kəpəz rayonu, Xətai küçəsində zəncirvari yol qəzası olub.

Qəzada "VAZ 2104", "VAZ 21011", "Rang Rover" markalı minik avtomobilləri və "Hyundai" markalı yük avtomobili toqquşub, 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

İdarədən bildirilib ki, istirahət günlərində respublika ərazisində 21 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 5 nəfər ölüb, 22 nəfər xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti