...

Azərbaycanda "yol terroru": bir gündə 6 ölü, 33 yaralı

Hadisə Materials 6 İyun 2012 09:49 (UTC +04:00)
Ötən gün ölkənin avtomobil yollarında qeydə alınan 20 yol qəzasında 6 nəfər ölüb, 33 nəfər xəsarət alıb.
Azərbaycanda "yol terroru": bir gündə 6 ölü, 33 yaralı

Azərbaycan, Bakı, 6 iyun / Trend müxbir K.Zərbalıyeva/

Ötən gün ölkənin avtomobil yollarında qeydə alınan 20 yol qəzasında 6 nəfər ölüb, 33 nəfər xəsarət alıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, qəzaların 6-sı Bakıda qeydə alınıb. Paytaxtda baş verən yol qəzalarında 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb.

Ötən gün ərzində ağır yol qəzası Bakının Qaradağ rayonunda qeydə alınıb. Rayon ərazisində IVECO markalı sərnişin avtobusu və KAMAZ markalı yük avtomobili toqquşub. Qəzada 2 nəfər həlak olub, 10-dan artıq sərnişin xəsarət alıb.

Nizami rayonu Heydər Əliyev prospektində Həmid Ramazanovun idarə etdiyi KİA ilə Faiq Abbasovun idarə etdiyi KAMAZ toqquşub.

Qəzada minik avtomobilinin sərnişinləri Sevinc Hacıyeva (1964), Pərviz Hacıyev (1984) və Rəna Hacıyeva (1969) xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Xəbər lenti

Xəbər lenti