...

Bakıda qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 360 əcnəbi saxlanılıb

Hadisə Materials 12 İyun 2012 16:50 (UTC +04:00)
Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 4-9-da xidmət tərəfindən ölkənin paytaxtında qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş 360 əcnəbi aşkar edilib.
Bakıda qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 360 əcnəbi saxlanılıb

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda ötən həftə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 360 əcnəbi saxlanılıb.

Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 4-9-da xidmət tərəfindən ölkənin paytaxtında qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş 360 əcnəbi aşkar edilib.

Saxlanılan şəxslər barəsində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında intensiv tədbirlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti