...

Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 4 nəfər xilas olunub

Hadisə Materials 14 İyun 2012 13:03 (UTC +04:00)
Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunublar.
Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 4 nəfər xilas olunub

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 4 nəfər xilas olunub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 1962-ci il təvəllüdlü və 1983-ci il təvəllüdlü 2, 1992-ci il təvəllüdlü 1 nəfər Bakı şəhəri, Sabunçu rayonu ərazisində dənizdə ("Pirşağı" sularda xilasetmə məntəqəsinin ərazisində) və Xəzər rayonu ərazisində dənizdə ("Buzovna" sularda xilasetmə məntəqəsinin ərazisində), 1990-ci il təvəllüdlü 1 nəfər Bakı şəhəri, Abşeron rayonu ərazisində dənizdə ("Hövsan sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunublar.

Xəbər lenti

Xəbər lenti