...

Dənizdə batan 38 yaşlı kişinin cəsədi tapılıb

Hadisə Materials 14 İyun 2012 19:58 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, 1974-ci il təvəllüdlü Elxan Ağamolla oğlu Quliyev Bakı şəhəri, Qaradağ rayonu ərazisində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 2 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batıb.
Dənizdə batan 38 yaşlı kişinin cəsədi tapılıb

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Dənizdə batan 38 yaşlı kişinin cəsədi tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, 1974-ci il təvəllüdlü Elxan Ağamolla oğlu Quliyev Bakı şəhəri, Qaradağ rayonu ərazisində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 2 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batıb.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib və axtarışlara başlayıblar.

Quliyevin cəsədi dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti