Azərbaycan, Bakı, 14 iyun /Trend/
Dənizdə batmaq təhlükəsi ilə üzləmiş 3 yaşlı uşaq xilas olunub.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, 2009-cu il təvəllüdlü 1 nəfər Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə ("Zuğulba-1" sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Azyaşlı FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas olunub.